Daha bir məktəbdə rüşvət qalmaqalı - VİDEO

Daha bir məktəbdə rüşvət qalmaqalı - VİDEO

Bakıda daha bir orta məktəbdə rüşvət qalmaqalı baş verib. Bu haqda sosial şəbəkələrdə video yayılıb. 

 

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli məktəbin şagirdi Əli Əzizlinin babası şagirdlərdən pul yığılmasına etiraz edərək sözügedən məktəbin rəhbərliyi ilə görüşmək istəsə də, buna nail ola bilməyib.

 

O, iddia edib ki, məktəbin direktoru nəvəsinin valideyninə bildirib ki, pul verməsə, uşağını məktəbdən çıxaracaq.

 

Şikayətçinin sözlərinə görə, Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova şagirdlərdən pul yığır. Pulun miqdarı az olanda isə valideyni təhqir edib, məktəbdən qovub. Şikayətçi məktəbdə özbaşınalığın baş aldığını deyib: 

 

“Məktəbi sanki kolxoz bazarına çeviriblər. Məktəbdə pul yığılması tapşırıq olaraq verilib. Hər uşaq sayına görə pul yığılmalıdır. Uşaqlardan aldıqları pul hesabına ciblərini doldururlar. Əgər həmin məktəbin direktoru rüşvət aldığına görə cəzalanmasa, hesab edəcəm ki, bu, Təhsil Nazirliyinin göstərişi ilə olub. Uşağın anasına təhqiramiz sözlər deyib, itəliyib, qovublar”.

 

141 nömrəli məktəbin III sinif şagirdi Əli Əzizli müəllimin onu məktəbdən çıxarmaqla hədələdiyini qeyd edib:

 

“Anamı təhqir edib, qovdu. Bizə dedi ki, ya pulu verəcəksiz, ya da məktəbdən qovulacaqsız”.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenisabah.az-a bildirilib ki, qurum baş vermiş hadisədən və iddialardan xəbərdardır: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”./Yenisabah/

 


OXŞAR XƏBƏRLƏR

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...