Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı

Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı

Ağdaş rayonu Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verdiyi iddia edilib. 

 

Bildirilib ki, iki ibtidai sinif müəllimi məktəbdə təhsil alan uşaqların nənəsini döyüb.

 

Müəllimlərin uşaqları dərsə hazır olmadıqları üçün təhqir etdikləri qeyd olunub. Daha sonra uşaqların nənələri məktəbə gəlib və mübahisə düşüb.

 

İddia edilib ki, hadisə direktor otağının qapısı önündə baş verib, amma kamera görüntüləri silinib.

 

Qeyd edək ki, uşaqların nənəsi sözügedən məktəbdə texniki işçidir.

 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında tərəflərin izahatları alınıb:

 

“Döyüldüyünü iddia edən şəxslə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. Ekspertizanın, eləcə də aparılan araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq”.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...