Səhiyyə Nazirliyindən \"meymun çiçəyi\" ilə bağlı AÇIQLAMA: \"Yerli alovlanmalar ola bilər\"

Səhiyyə Nazirliyindən \

“Azərbaycanda “Meymun çiçəyi” infeksiyası yoxdur, hələ ki, qeydə alınmayıb”.

 

Sfera.az xəbər verir ki, bunu  açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, bu təzə infeksiya deyil, sadəcə Afrikada rast gəlinib və orada özünü göstərib:

 

“İndi isə o yerlərə səyahətlər nəticəsində insanlar infeksiyanı özləri ilə Avropaya, ABŞ-a aparırlar. Bu cür faktlar qeydə alınıb. Bu infeksiya yayılma sürəti yüksək deyil, yalnız yaxın təmas tələb edir. Bunun COVİD-dən fərqi ondandır ki, virus sürətlə yayılmır. Hər halda yenə də nəzarət olunmalı məsələdir. Sonuncu pandemiyadan sonra bu cür hallara ciddi fikir verilir. “Meymun çiçəyi” infeksiyası pandemiya halına gələcək bir məsələ deyil. Yalnız yerli alovlanmalar ola bilər, epidemiya halına isə çevrilə bilməz. Yenə də tədbirlər görüləcək və qarşısı alınacaq”.

 

Təyyar Eyvazov deyib ki, xəstəliyin əlamətləri halsızlıq, zəiflik, qızdırma və bədən ağrılarıdır:

“Bundan başqa “Meymun çiçəyi infeksiyası zamanı bədəndə səpkilər yaranır. Səpkilər əsasən su çiçəyi xəstəliyindəki kimidir, lakin bir azdaha böyük formada olur. Birinci qaşınır, sonra partlayır, qartmaq bağlayır və qopandan sonra qabıq verir. Bu xəstəliyin ölüm təhlükəsi yoxdur. Lakin yenə də immun sistemi zəif olan, risk qrupunda olanda ölüm halı ola bilər. Xəstəliyə kişilərdə daha çox rast gəlinir”.


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...