Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açıldı

Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən artıq məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Q.Qasımovun yaşadığı ünvana baxış keçirilən zaman isə evin zirzəmisində gizlətdiyi yarım kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb.


Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb.Belə ki, Q.Qasımovun şəhər ərazisində yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı da müəyyən edilib.O, ifadəsində oğurladığı kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi dövrlərdən biridir. Bu dövrdə yeniyetmələr ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək...

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.   Sfera.az “Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen...

Şəhid anası vəfat etdi - FOTO

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib.   Sfera.az qafqazin...