Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO
Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.
 
Sfera.az xəbər verir ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. 
Yanğının başlamasına səbəb olaraq binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Hadisə ilə bağlı "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov həbs ediliblər. 

Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailəyə yanğın nəticəsində zərər dəymiş əmlakına görə, ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib. Binanın təmiri üçün isə dövlət büdcəsindən 3 milyon manat ayrılıb.

Sfera.az kollektivi hadisə nəticəsində dünyasını dəyişənlərə rəhmət, ailələrinə səbr arzulayır!

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR