Cəmil Həsənlinin qızı olayında adı hallanan Mahir əsəbləşdi: \"Nə dəqiqədə bir məni yığırsız?\"

Cəmil Həsənlinin qızı olayında adı hallanan Mahir əsəbləşdi: \
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə və intim görüntülərinin internetdə yayılması ilə bağlı şikayətlər üzrə hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır. Onun özü də, yaxınları da hesab edir ki, dövlət orqanları cinayətkar(lar)ı ortaya çıxarıb cəzalandırmaqda maraqlı deyil.

Sfera.az xəbər verir ki, Cəmil Həsənlinin ailəsindən "Azadlıq” radiosuna araşdırmanın gedişi barədə aşağıdakılar bildirilib: "Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Yasamal və Xətai rayonlarının həm prokurorluğuna, həm də Polis idarəsinə şikayətlər göndərilib. Heç birindən rəsmi cavab gəlməyib. Xətai rayonu, 37-ci Polis bölməsinə aprelin 3-də ərizə verilib, aprelin 7-də iş oradan Bakı şəhər Baş Polis İdarəsinə göndərilib. Orada təhqiqatçıdadır. Təhqiqat müddəti 10 gündür. İki gün sonra müddət başa çatır, amma heç bir nəticə yoxdur".

"... deyəcəklər ki, kamera görüntüləri yoxdur"

Milli Şura sədrinin qızı şikayətlərində atasının siyasi fəaliyyətinə görə təxribata məruz qaldığını vurğulayıb. O, özünü Allahverdiyev Mahir Nizami oğlu kimi təqdim edən şəxslə görüşdüyü binanın girişində, restoranlarda olan videokameraların görüntülərinin alınıb araşdırılmasını, bir nüsxəsinin də ona təqdim olunmasını istəyib:

"Şikayətlərdə bu təxribatın birbaşa iştirakçısı ilə yanaşı, onu quranların hamısının müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Uşaqların telefonlarına (Günel Həsənlinin övladları-red.) intim xarakterli videoları göndərən şəxslərin də müəyyənləşdirilib cəzalandırılması tələbi şikayətdə əksini tapıb. Proseslərin gedişi göstərir ki, heç nə eləmək istəmirlər. Bir müddət sonra gəlib deyəcəklər ki, kamera görüntüləri yoxdur, silinib...".

"Araşdırma aparılır"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, Günel Həsənlinin müraciəti əsasında araşdırma gedir: 

"Müraciət edib, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə özünə məlumat veriləcək. Əlavə şərhim yoxdur".

"Azadlıq” radiosu Günel Həsənlinin şəxsi həyatı ilə bağlı videolarda adı keçən və Mahir Allahverdiyev kimi təqdim
olunan şəxslə əlaqə saxlayıb. O, ünvanına səslənən ittihamlarla bağlı suala belə cavab verib: 

"Sizə kim ixtiyar verib bu nömrəni yığmağa? Qarşı tərəf deyirsizsə, hüquq-mühafizə orqanları var. Ora şikayət eləyiblər, Allah qoysa, açıqlama olacaq. Nə dəqiqədə bir məni yığırsız? Sizin kimi 300 nəfər yığır. Sağ olun...".

Xatırladaq ki, Günel Həsənlinin intim videoları martın 29-da sosial şəbəkələrdə yayılıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...