Cəmil Həsənlinin qızı ilə bağlı cinayət işi başlandı

Cəmil Həsənlinin qızı ilə bağlı cinayət işi başlandı
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb. 

Sfera.az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verərək bildirib ki, cinayət işi fakt üzrə başlanıb, konkret kiməsə qarşı ittiham irəli sürülməyib.

CM-in 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə başlanmış cinayət işinin istintaqının Bakı şəhər Baş Polis İdarəsində aparıldığı bildirilir: "Artıq tərəflərin hər ikisinin iştirakı ilə bir sıra istintaq hərəkətləri həyata keçirilib, üzləşmə olub. İstintaq davam edir".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov  cinayət işi başlandığını təsdiqləyib: "Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".

Vəkil Zibeydə Sadıqova istintaq sirri olduğunu əsas gətirərək bu barədə danışmaq istəməyib. Günel Həsənli özü də onun iştirakı ilə müəyyən istintaq hərəkətləri aparıldığını təsdiqləsə də, detalları açıqlamayıb.

Martın 28-də sosial şəbəkələrdə Günel Həsənlinin şəxsi həyatına aid videolar yayılıb. Bəzi müxalifət partiyalarının birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri ölkə rəhbərliyinin sifarişi ilə xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribat kimi qiymətləndirib.

Videolarda adı keçən və Mahir Əliverdiyev kimi təqdim olunan şəxs əvvəlcədən planlaşdırılmış təxribatın iştirakçısı olması barədə ünvanına səslənən ittihamlara belə cavab verib: "Hüquq-mühafizə orqanları var, ora şikayət eləyiblər, Allah qoysa, açıqlama olacaq...".

CM-in 242-ci maddəsində 2000 manatdan 4000 manata qədər cərimə, 2 ilə qədər islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub

OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...