Cəlilabadda yaşayış evi yandı
23:47 / 22.09.2021
1730
Cəlilabadda yaşayış evi tamamilə yanıb.
Sfera.az xəbər verir ki, rayonun Çünəxanlı kəndində Akif Yavər oğlu Ağayevə məxsus ev yanıb. Küləkli hava şəraiti yanğını daha da alovlandıraraq, 144 kv/m olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) əşyaları ilə birlikdə yanmasına səbəb olub.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 3 texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır..