Cəlilabadda mağazadan 15 min manata yaxın pul oğurlandı

Cəlilabadda mağazadan 15 min manata yaxın pul oğurlandı
Cəlilabad rayonunda mağazadan 15 min manata yaxın pul oğurlanıb.

Sfera.az xəbər verir ki, fevralın 7-də rayon ərazisindəki mağazaların birindən 14 min 300 manat və 6400 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən şəxslər, əvvəllər məhkum olunan Tovuz rayon sakini C.Cəfərov və Abşeron rayon sakini A.Əsədullayev Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Axtarış zamanı C.Cəfərovdan 63 qramdan artıq heroin, 91 qramdan artıq metamfetamin və bir bıçaq, habelə A.Əsədullayevin idarə etdiyi "VAZ-2107” markalı avtomobilə baxış zamanı bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis idarəsində araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR