Cəlilabadda liseyin həyətindən meyit tapıldı - KORONAVİRUS ŞÜBHƏSİ
20:30 / 25.05.2020
3476
Cəlilabad rayonunda kişi meyiti tapılıb.
Sfera.az report-a istinadən xəbər verir ki, meyit rayonun Göytəpə şəhərində yerləşən Peşə Liseyinin həyətində aşkar edilib.
Hazırda meyitin kimliyi və hadisənin necə baş verdiyi müəyyənləşdirilir.
Həmin şəxsin koronavirusdan ölüb-ölmədiyini dəqiqləşdirmək üçün meyitdən analiz götürülüb.