Cəlilabadda fərdi yaşayış evi yandı
Hadisə
19:45 / 18.09.2020
3483
Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
Sfera.az xəbər verir ki, yanğın nəticəsində evin ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və əşyaları yanıb.
Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır. (report.az)