Cəlilabadda əkiz uşaq dünyaya gətirən ana öldü
10:47 / 16.06.2021
1784
Ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana doğuşdan sonra dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, vəfat edən şəxs Biləsuvar rayon sakini Əhmədova Xəyalə Ədalət qızıdır. Onun xəstəxanada qeysəriyyə yolu ilə əkiz övladı dünyaya gəlib.
X. Əhmədovanın əvvəlcə vəziyyəti yaxşı olsa da, sonradan halı pisləşib və vəfat edib.
Ehtimal olunur ki, ölümə ananın təzyiqinin qəfil düşməsi səbəb olub.