Cəlilabadda 61 yaşlı kişi intihar etdi
16:44 / 03.05.2021
2750
Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Muğan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1960-ci il təvəllüdlü Əmənov Nurəddin Həsən oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.