Cəlilabad xəstəxanası fəaliyyətini tam bərpa etdi

Cəlilabad xəstəxanası fəaliyyətini tam bərpa etdi
Koronavirus xəstələrinin müalicəsi üçün xüsusi rejimdə çalışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX) digər xəstələrin qəbulu üçün fəaliyyətini bərpa edib.

Sfera.az xəbər verir ki, artıq tibb müəssisəsində digər pasiyentlərin qəbuluna başlanılıb.

Qeyd edək ki, Cəlilabad RMX Azərbaycanda pandemiyanın başladığı ilk günlərdən etibarən koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərib.

Sözügedən tibb müəssisəsi bu ilin fevral ayından fəaliyyətini ənənəvi qaydada davam etdirməyə başlasa da, cəmi bir ay sonra - aprel ayında koronavirusa yoluxanların sayının artması ilə əlaqədar olaraq yenidən karantin xəstəxanasına çevrilmişdi.

Tibb müəssisəsinin xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərdiyi müddətdə yalnız COVID-19-a yoluxan şəxslər qəbul edilib. Bu zaman xəstəxanadakı müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb. // "Report"

OXŞAR XƏBƏRLƏR

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...