Ceff Bezos ölümsüz olmaq istəyir: milyonlarla dollar xərclədi

Ceff Bezos ölümsüz olmaq istəyir: milyonlarla dollar xərclədi
Dünyanın ən varlı adamı Ceff Bezos indi də ölümsüzlüyə nail olmağa çalışacaq.
 
Sfera.az xəbər verir ki. "Amazon" və "Blue Origin" kosmik şirkətinin qurucusu Bezos, "hüceyrələrin bərpası" üzərində çalışan bir biotexnika firmasına sərmayə qoyub.

ABŞ və İngiltərədə 2021-ci ilin əvvəlində qurulan "Altos Labs" şirkəti yaşlanmanı dayandıran və geri çevirə bilən texnologiya üzərində işləyir. Şirkət yarandığı gündən bu yana Bezos kimi tanınan şəxslərdən 270 milyon dollar sərmayə toplayıb. 

Mütəxəssislər 80 yaşındakı bir canlıdan alınan hüceyrələrin 40 il cavanlaşa biləcəyini düşünürlər. Ancaq riskli olduğu bildirilən bu metodun hazırda insanlar üzərində sınanmasının mümkün olmadığı deyilir. 

Ceff Bezos "Amazon”un baş direktorluğu vəzifəsindən getməzdən əvvəl işçilərinə yazdığı məktubda "Ölümə qalib gəlməlisiniz", - deyə bildirib.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...