Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi TAPILDI
11:03 / 19.01.2021
2121
Qarabağda erməni hərbçilərin cəsədləri tapılmaqda davam edir.
Sfera.az xəbər verir ki, ötən gün axtarışlar zamanı daha 8 erməni hərbçisinin cəsədi tapılıb. Onlardan 2-si Xocavəndin Qoçbəyli kəndində, 5-i isə Cəbrayıl rayonu ərazisində aşkar olunub.
Bu gün axtarışlar Cəbrayıl, Hadrut, Füzuli və Zəngilan rayonları ərazisində davam etdiriləcək./Modern.az