Cazibədar model 90-cı illərin aksesuarları ilə çimərlik geyimində - FOTO

Cazibədar model 90-cı illərin aksesuarları ilə çimərlik geyimində - FOTO

Məşhur model İrina Şeyk 90-cı illərin aksesuarlarından istifadə etməklə çimərlik geyimində kameraların qarşısına keçib.

"Lenta.ru” xəbər verir ki, məşhur model sözügedən görüntüləri "İnstagram” hesabında paylaşıb.

Açıq çəhrayı rəngli çimərlik geyimində fotosunu paylaşan 33 yaşlı model bununla yanaşı 90-cı illərdə məşhur olan aksesuardan İngiltərənin "Burberry” brendinin krem rəngli "panama” papağından istifadə edib.

Model "İnstagram” hesabında fotonu "Birinci gün” başlığı ilə paylaşıb. Fotonun altında pərəstişkarları modelə saysız-hesabsız müxtəlif fikirlər yazıb: "Sadəcə çox gözəl”, "Biz artıq ikinci günü gözləyirik”, "Sözün əsl mənasında idealımsan”, "Sənə heyranam”, "Dünyadakı ən gözəl qadın sənsən”. (oxu.az)

 



OXŞAR XƏBƏRLƏR