Cazibədar aktrisa göbəyini açıb tənqidlərə meydan oxudu - FOTOLAR

Cazibədar aktrisa göbəyini açıb tənqidlərə meydan oxudu - FOTOLAR
Amerikalı məşhur model və aktrisa Emili Ratakovskinin son paylaşımları izləyiciləri tərəfindən kəskin tənqid edilib.
 
Sfera.az bildirir ki, model son zamanlar qarın əzələləri ilə bağlı fikir bildirənlərə reaksiya verib. Emili bədəninə görə onu utandırmağa çalışanlara baş əyməyəcəyini bildirib. 

Ötən həftələrdə tədbirlərin birində çəkdirdiyi fotosunu sosial media hesabından paylaşan model düşüncələrini bu cür ifadə edib: "Şəkilləri az qala paylaşmayacaqdım, çünki bunun səs-küyə səbəb olacağını bilirdim. Amma bu mənim bədənimdir və məni utandırmağa çalışanlara baş əyməyəcəm”.
Qeyd edək ki, Sebastian Mikklardla evlənən və mart ayında ana olan 30 yaşlı Emili doğuşdan dərhal sonra əvvəlki formasına qayıtmışdı. Model qarın əzələlərinin sərgiləndiyi fotolarını paylaşmış və izləyicilərinin tənqidinə məruz qalmışdı. Belə ki, bəziləri "əzələ yaratmaq” işini şişirtdiyini bildirmiş, bəziləri isə, gözəl göründüyünü demişdi. Onun fotosuna şərh yazan izləyicilərdən biri "Necə yəni, bu vücud qısa müddət əvvəl doğuş edən birinəmi aiddir?”, - deyərək modeli özündən çıxarmışdı.

Xatırladaq ki, Ratakovski bundan öncə, təcavüz hadisəsi ilə gündəmə gəlmişdi. O, ötən il fotoqrafçılardan birinin cinsi istismarına məruz qaldığını etiraf etmişdi.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...