Cavid Sumqayıtlı niyə həbs olundu? - TƏFƏRRÜAT

Cavid Sumqayıtlı niyə həbs olundu? - TƏFƏRRÜAT
Tanınmış meyxanaçı Cavid Sumqayıtlının Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb. 

Sfera.az  xəbər verir ki, Cavid Sumqayıtlının saxlanılması yeni xəbər kimi təqdim edilsə də, o, bir neçə ay əvvəl polisə aparılıb. Əldə etdiyimiz məlumata görə, meyxanaçı saxlanılarkən üzərində külli miqdarda narkotik maddə aşkarlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) cinayət işi başlanıb. Məlumata görə, artıq istintaq başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyinin yaydığı açıqlama da bu məlumatı təsdiqləyir. Açıqlamada deyilir ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib: "Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda intim videoları ilə şantaj edildiyi üçün özünü binadan atan qızla bağlı RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın çoxmərtəbəli yaşayış...

“Crowd-1” sxemi üzərindən dələduzluq edənlər tutuldu - VİDEO

Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən "Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar. ...

"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sfera.az trend-ə istin...

BAKIDA İNANILMAZ OLAY: "Hicab geyinib, maşının nömrəsini dəyişib basqına getdilər" - TƏFƏRRÜAT

Bakıda quldurluqda ittiham olunan Firuddin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdullov və Dilbər Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ...

Azərbaycanda polis BIÇAQLANDI: həbs edilən var

Şirvanda polisə qarşı xuliqanlıq edən saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat x...

Arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı

Bakıda ata övladının himayəsini anasından almaq məqsədilə keçmiş həyat yoldaşının intim görüntülərini polisə təqdim edərək onu xəyanətdə günahlandırıb. Bundan s...