Cavid Qurbanovdan xəbərdarlıq: \"Evlərinizi elə yerdə tikin ki, sonradan sökülməsin...\"

Cavid Qurbanovdan xəbərdarlıq: \
 

"Bakıda "Şanxay” adlanan ərazidə dəmir yolu xətlərinə sıx tikilən evlərlə bağlı məsələnin həll edilməsi istiqamətində işlər aparılır”.


Sfera.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransı zamanı deyib.


C. Qurbanov bu məsələ ilə bağlı vətəndaşlara da müraciət edib: "Evlərinizi tikəndə elə yerdə tikin ki, həm özünüz üçün təhlükə olmasın, həm də sonradan sökülməsin".


 

Qurumun sədri onu da əlavə edib ki, bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan – elektrik xətləri və ya dəmir yollarının ərazilərini seçir.


""Şanxay" adlandırılan ərazini götürək. O ərazi, təəssüf ki, ev tikmək üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar", - deyə C. Qurbanov əlavə edib.

Buna baxmayaraq, QSC-nin sədr bildirib ki, bu ərazidə qeyri-qanuni olaraq yerləşən əhali var: "Biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, məsələni həll edək”.


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...