Cavid Qurbanov qatarlardakı sərnişin sıxlığından danışdı
16:27 / 28.11.2019
1787
Bakı dairəvi dəmir yolu 2020-ci ilin yanvar ayının sonunadək tam hazır olacağı gözlənilir.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, sözügedən dəmir yolunun Pirşağı qəsəbəsinədək olan hissəsi artıq istifadəyə verilib. Sözügedən yolun növbəti 18 kilometrlik hissəsində isə hələ işlər davam etdirilir.
O eyni zamanda bildirib ki, dekabr ayının 5-də Bakı-Sumqayıt dəmir yolu xəttinə yeni elektrik qatarı buraxılacaq.
Onun sözlərinə görə, bu qərar sözügedən marşrut xəttində yüksək sərnişin sıxlığını nəzərə alaraq qəbul edilib.