Cavid Çələbiyev hakimləri haqsızlıqda ittiham etdi
10:44 / 31.07.2021
1087
Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) Toki-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşündə uduzmasından danışıb.
Sfera.az xəbər verir ki, o, hakim haqsızlığı ilə üzləşdiyini bildirib:
"Açığı, qələbə gözləyirdim. Fikrimcə, hakim haqsızlığı oldu. Birinci raundu qazandım, ikinci raundda da qalib idim. Sadəcə hakimlər qələbəni rəqibə verdilər. Həmişəki kimi Tokioda da haqsızlıqla üzləşdik. Hakimlər düzgün qərar verməkdə çətinlik çəkirlər”.