No Image
No Image

Cavanşir Feyziyev AŞPA-nın deputatına məktub YAZDI

Cavanşir Feyziyev AŞPA-nın deputatına məktub YAZDI
Ermənistan rəhbərliyi və diasporu Azərbaycana qarşı böhtan kampaniyalarını daha da gücləndirməkdə israrlı görünürlər. "Hərbi əsirlər” kimi qələmə verdikləri terrorçuların qaytarılması və guya azad olunmuş ərazilərdə "erməni dini- mədəni irsinin dağıdılması” kimi uydurma iddiaları bütün beynəlxalq təşkilatların gündəliyinə çıxarmaqla ermənilər Azəərbaycana beynəlxalq təzyiq göstərilməsinə çalışırlar. Bu günlərdə Strasburqda AŞPA-nın İsveçdən olan deputatı Markus Vayçel də Fransa erməni diasporunun tapşırığı ilə Azərbaycan əleyhinə hazırladığı bəyanatın mətni altında imza toplamaq üçün səylər göstərir. Markus Vayçelin bu təşəbbüskarlığından xəbər tutan millət vəkili Cavanşir Feyziyev ona məktub ünvanlayıb.

 

Məktubda deyilir:

 

Strasburq, AŞPA:

 

Hörmətli cənab Wiechel və Nicolas Bauer,

 

Elektron poçt ünvanıma daxil olmuş məktubunuzdan təşəbbüsünüz haqqında məlumatlandım və sizin təşəbbüsünüzə cavabım belədir:

 

Birincisi, "... 2020-ci ilin noyabr ayında əldə olunmuş atəşkəsdən sonra Ermənistanın Azərbaycana təhvil verdiyi ərazilərdə xristian kilsələrinin və digər mədəni abidələrinin guya Azərbaycan hərbi qüvvələri tərəfindən dağıdılması barədə ...” iddialarınız tamamilə əsassızdır və erməni mənbələri tərəfindən Azərbaycana qarşı təbliğat məqsədi ilə uydurulan saxta xəbərlərin sizin tərəfindən yayımlanması yalnız qınağa layiqdir.

 

Məlumat vermək istərdim ki, 1988–1994-cü illərdə baş vermiş 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin 20% -i Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 Qətnaməsinə baxmayaraq, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. İşğal olunmuş ərazilər yalnız keçən ilin noyabr ayında, 44 günlük hərbi əməliyyatlar nəticəsində azad edilib.

 

Rəsmi məlumatlara görə, demək olar ki, bütün yaşayış və inzibati binalardan əlavə 700 tarixi və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, 100 mindən çox eksponata malik olan 22 muzey, dörd rəsm qalereyası, dörd teatr, iki konsert salonu son otuz il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən zədələnib və ya məhv edilib. İşğal olunmuş ərazilərdə mövcud olmuş 70 məsciddən 67-si dağıdılaraq tamamilə yer üzündən silinib.

 

Cənab Markus Vayçel AŞPA daxilində Miqrasiya, Qaçqınların və Köçkünlərin İşləri üzrə Komitənin  üzvü olmuş, lakin çıxışlarında və təşəbbüslərində 1-ci Qarabağ müharibəsi  zamanı erməni silahlı qüvvələri tərəfindən ata-baba yurdlarından qovulmuş və didərgin salınmış 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında heç vaxt danışmayıb. 30 illik işğal dövründə bu həqiqətlərə susmağınız və indi Azərbaycan əleyhinə böhtan xarakterli məlumatlar yaymağınız, özünüzün elan etdiyiniz Avropa dəyərlərinə "bağlılığınızın” əsl mahiyyətini çox açıq şəkildə göstərir. Bütün bunlardan sonra özünüzdə cəsarət taparaq "... Azərbaycan mədəni və dini abidələri dağıdır ...” kimi iddialar irəli sürməyiniz isə ikiüzlülükdən başqa bir şey deyil.

 

Azərbaycan çoxsaylı millətlərin dinc-yanaşı birgəyaşayışı və inkişafı üçün dünyanın nadir əlverişli yerlərindən biridir. Dini tikililərə və abidələrə gəldikdə isə, Azərbaycan hər zaman öz ərazisində və hətta dünyada yaşayan bütün xalqların dini və mədəni irsinin abidələrinə xüsusi qayğı ilə yanaşmışdır.

 

Bilməyinizi istərdim ki, Azərbaycan dünyada mədəni, tarixi və dini abidələrin qorunmasında fəal iştirak edir. Vatikan, Luvr və dünyanın bir çox digər mədəni və tarixi mərkəzlərinin bərpa layihələrində Azərbaycanın fəal iştirakı dünya miqyasında tanınmış və təqdir edilmişdir.

 

Nəhayət, "erməni dini irsinin qəsdən məhv edilməsi” barədə təqdim etdiyiniz saxta məlumatlar, təəssüf ki, sizin də qərəzli anti-Azərbaycan kampaniyasında iştirak etdiyinizi göstərir.

 

Biz erməni diasporunun sizin kimi "Avropa dəyərləri” təmsilçilərinə maliyyə ianələrinin cəlbediciliyini yaxşı bilirik. Ancaq həqiqətin də gec və ya tez öz yerini tapacağına ürəkdən inanırıq.

 

Hörmətlə,

Cavanşir Feyziyev

Millət vəkili, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İbrahim Rəisinin Azərbaycanla bağlı yadda qaldığı məqam varmı?

"İndiyə kimi İbrahim Rəisi Azərbaycan Respublikası ilə bağlı elə bir ciddi açıqlama verməyib. İbrahim Rəisinin prezident seçilib-seçilməyəcəyindən asılı olmayar...

Ceyhun Bayramov: "Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur"

"Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur". Sfera.az xəbər ver...

"Ermənistanda seçkilərin ikinci turu keçirilə bilər" - Bu baş verərsə...

Sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.   "Gallup”un son sorğusunda Ermənistanın eks-prezidenti Robert Köçaryan Baş nazir vəzi...

"Köçəryan seçilərsə, Xankəndidəki separatçıların təmizlənməsi uzanacaq" - Politoloq

"Paşinyan seçkilərdə qazanmaq üçün hər şeyi edəcək, amma istisna deyil ki, seçkidən sonra Köçəryan onu devirmək üçün "inqilaba”, yaxud fərqli metodlara əl atsın...

Türkiyə Prezidentinin sözçüsü Peskovun Azərbaycanla bağlı hədəsinə necə cavab verəcək? - ŞƏRH

"Türkiyə Azərbaycanda hərbi baza  yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq”.   Bunu ötən gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peksov Türk...

Ceyhun Bayramov Qvineya-Bisaunun XİN başçısı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər və icmalar naziri xanım Syuz...