Casusluqda ittiham olunan ermənilərə hökm oxunub - YENİLƏNİB

Casusluqda ittiham olunan ermənilərə hökm oxunub - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, həmin şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdır.

12.17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında hər iki şəxsin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda məhkəmə davam edir.

11.54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vidadi Orucəliyev dindirilib.

O deyib ki, "N" saylı hərbi hissədə xidmət edib:

"11 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində xidmətdə idik. Bu zaman iki nəfər Şuşa istiqamətində mövqelərimizi müşahidə aparırdı. Daha sonra onları saxladıq və sorğu-sual etdik. Həmin şəxslər bizə rus dilində cavab verdilər. Onların Ermənistan vətəndaşları olduğunu bildik. Həmin şəxslərdən Şuşada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Daha sonra onları müvafiq dövlət qurumlarına təhvil verdik".

V.Orucəliyev bildirib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlardan humanitar yardım aşkar olunmayıb: "Həmin şəxslərin saxlandığı yerdən Xankəndi şəhərinə yol yox idi. Üzərilərində erməni dilində sənədlər var idi. Onlar mülki geyimdə idilər".

Məhkəməyə digər şahidin prosesdə iştirak etmədiyi qeyd edilib. Həmin şahidlə bağlı Müdafiə Nazirliyinin arayışı məhkəməyə daxil olduğu elan olunub. Arayışda qeyd olunub ki, "N” saylı hərbi hissənin polkovnik-leytenantı Vüqar Abdullayev dövlət sərhədində xüsusi taprışıqlarla bağlı xidmətdə olduğundan yaxın müddətdə məhkəmədə iştirak edə bilməcəyək. Şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini, məhkəmədə onun ifadəsinin elan olunmasını istəyib.

Məhkəmə V.Abdullayevin istintaqa verdiyi ifadəsini elan edib.

O istintaqda dindirilərkən söyləyib ki, 11 noyabr 2020-ci il tarixində Şuşa şəhərində hərbçi yoldaşı V.Orucəliyevlə xidmət aparan zaman iki nəfərin onların mövqelərini müşahidə etdikləri aşkar ediblər:

"Həmin şəxslərə "Dayan" əmri verdik. Onları sorğu-sual etdik, bizə rus dilində cavab verdilər. Pasportlarından aşkar etdik ki, həmin şəxslər Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Həmin şəxsləri müvafiq dövlət qurumlarına təhvil verdik".

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

Daha sonra Sujyan Gevorg Rubenoviç çıxış edək peşman olduğunu deyib: "Hamınızdan üzr istəyirik, xahiş edirəm məmi bağışlasınlar".

Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib: "Nə etmişəmsə, Allah mənim cəzamı versin".

Daha sonra hakimlər məhkəmə istintaqının tamamlandığı elan edib. Sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.

Hazırda prokuror çıxış edir.

10.14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindirilir.

07.05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kriminal dünyada böyük savaş - "Lotu Quli"nin rəqibi sıradan çıxarılır

Ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifov (Lotu Quli) və onun klanına qarşı əks cəbhədə dayanan gürcü əsilli "qanuni oğru” Zaxa...

Arvadını boğaraq öldürən şəxs 12 il azadlıqdan məhrum edildi

Zərdabda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Məhərrəm Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sfera.az-ın  məlumatına görə, Ş...

Müğənnini boşanmaq istəmədiyi üçün öldürübmüş - Moteldəki qətlin TƏFƏRRÜATI

Ötən il sentyabrın 2-də Bakıda yerləşən moteldə əri tərəfindən öldürülən Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum olub. Sfera.az xəbər verir ki, hadis...

Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü

Emin və Firuzə (adlar şərtidir) 2009-cu ildə ailə həyatı qurublar. Onların bu nikahdan iki övladları dünyaya gəlib. Firuzə həm də Eminin anasının xalası n...

Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - DETALLAR

Naxçıvanın hazırda həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəmə istintaqı zamanı cəmi iki il ərzində təkcə sürücülük vəsiqəsinin və avtomobil n...

Azərbaycanlı "qanuni oğru" saxlanıldı - Cibgirlik edirmiş

Türkiyənin İstanbul şəhərində "qanuni oğru" Arif Mehdiyev (Arif Sumqaitski) saxlanılıb. Sfera.az xəbər verir ki, o İstanbulun "Sabiha Gökçen" aeroportunda...