Canni De Byazi İrlandiya ilə keçiriləcək oyun haqqında DANIŞDI

Canni De Byazi İrlandiya ilə keçiriləcək oyun haqqında DANIŞDI
"Dublindəki qarşılaşmanın ilk hissəsində yaxşı oyun sərgilədik. İkinci yarıda oyunu idarə etməkdə daha çox çətinlik çəkdik və bizim üçün inanılmaz olan 3 xalı evə apara bilmədik. Təəssüf ki, İrlandiyanın qoluna əngəl olmağı bacarmadıq. Həmin epizodda daha yaxşı ola bilərdik, bir neçə futbolçumuz sadə səhvlərə yol verdi".

Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İrlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl "İrishexaminer" nəşrinə açıqlamasında deyib.

65 yaşlı mütəxəssis səfərdəki 1:1 hesablı heç-heçəni ədalətli nəticə hesab edib: "İrlandiya qapıçıdan başlayaraq arxa xəttdən oynamağa çalışan komandadır. Həm taktiki, həm də fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Amma görünən odur ki, komanda hələlik tarazlığı tapa bilməyib".

İtaliyalı baş məşqçi İrlandiya yığmasının zəif nəticələrini yeni kollektivin formalaşdırılması ilə əlaqələndirib: "Tələsik nəticə əldə etmək istəyi həmişə reallıqla uyğunlaşmır. Oyun tərzinizi dəyişdirmək və yeni kollektiv qurmaq istədiyiniz zaman bunu həyata keçirmək asan olmur. Eyni klubda oynayan futbolçuların azlığı və onlarla çox vaxtınızın olmamasını vurğulamaq lazımdır. Məqsədinizə sadiq qalmağa çalışarkən məhdud vaxtı optimallaşdırmalısınız”.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...