Canlı yayımda dava düşdü: "Ulaq özünsən, çaşma - VİDEO

Canlı yayımda dava düşdü:
 
Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində canlı yayım zamanı dava düşüb.
 
Sfera.az  xəbər verir ki, verilişə zəng edən əməkdar artist Elza Seyidcahanın sözləri müğənni Mətanət Əsədovanı özündən çıxarıb.
 
Elzanın dediyi "Koronavirus necə yayılıbsa, musiqidə də elə virus yayılıb. Siz də musiqidə koronavirusa düşmüsünüz. Həm kişilər kişisiyəm, həm xanımlar xanımıyam. Manaf, mənimlə kişi kimi danışırsınızsa, hara deyirsiz gəlim, danışın" sözləri Mətanəti əsəbiləşdirib.
 
O əməkdar artisti tənqid edib: "Bir dəqiqə ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndır. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adı ayıb olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüşüb, cavabını verərəm. Çaşma".
 
Həmin anları təqdim edirik:
 

(azxeber)

OXŞAR XƏBƏRLƏR