Canlı yayım zamanı Kəramətin yanında kim olub? – Sevgilisindən açıqlama

Canlı yayım zamanı Kəramətin yanında kim olub? – Sevgilisindən açıqlama
 

Gənc yazar Kəramət Böyükçölün adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Polis tərəfindən saxlanılan Böyükçölün problemlərlə üzləşməsində yaxın ətrafını ittiham edənlər az deyil. Sosial şəbəkə iştirakçıları vaxtında müdaxilə etməklə yazarı xilasetmənin mümkünlüyünü vurğulayırlar.

 

Maraqlıdır, həmin gün Kəramət Böyükçölün yanında kimlər olub? Niyə dostları onun köməyinə çatmayıb? Canlı yayım zamanı onun yanında həmkarı Murad Köhnəqalanın olması barədə deyilənlər doğrudurmu?

Ötən ildən bəri yazıçı ilə eyni evi paylaşan sevgilisi Səidə İsmayılova Yenisabah.az-a açıqlamasında bildirib ki, onda olan məlumata görə, Murad Köhnəqala polis gələndən əvvəlki gecə evdən çıxıb:

"Polis gələn zaman içəri keçən şəxsin kim olduğunu isə bilmirəm. Mən də canlı yayıma baxdım, ancaq tam seçə bilmədim. 

Ötən gün Kəraməti Yasamal rayon 28-ci polis bölməsinə aparıblar. Ora zəng elədim və mənə Kəraməti xəstəxanaya apardıqlarını, gün ərzində bölməyə gətirəcəklərini dedilər. Dəfələrlə zəng vurmağıma baxmayaraq, sadəcə bu cavabı ala bildim. Xəstəxananın adını demədilər. 

Amma indi öyrəndim ki, gecə dostlardan ora gedən olub, onlara Kəramətin bölmədə olduğunu, izahatı alınacağını və gecəni orada qalacağını deyiblər”. (yenisabah)


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...