Cammu və Kəşmirdə gərginlik: ölənlər və yaralananlar var
19:29 / 03.04.2019
2502
Pakistan və Hindistan sərhədində növbəti gərginlik yaşanıb.
Sfera.az xəbər verir ki, Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, ötən gün Cammu və Kəşmirdə Hindistanın atəşinə cavab verilib və 7 hind əsgəri öldürülüb. Qarşıdurmada 19 nəfər yaralanıb.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 1 apreldə Kəşmir qarşıdurmalarında 1-i azyaşlı olmaqla 3 nəfər öldürülüb, azı 18 nəfər yaralanıb. 2 apreldə Pakistan hərbi mövqeləri hədəfə alınıb, 3 hərbçi öldürülüb, 1 nəfər yaralanıb.
Qaynarinfo //