“Caliber” Moskva görüşünü təhlil edir: Bakı yeni “kozır” əldə edib - VİDEO

“Caliber” Moskva görüşünü təhlil edir: Bakı yeni “kozır” əldə edib - VİDEO
"44 günlük müharibədən sonra Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk görüşü baş tutdu. Məhz bu səbəbdən görüşü şərh edən şəxslər ədalətli olaraq ilk növbədə protokol incəliklərinə xüsusi diqqət ediblər”.

Sfera.az xəbər verir ki, bu fikirlər "Caliber” layihəsinin "Youtube” kanalında yerləşdirilən növbəti təhlilində səsləndirilir.

Süjetdə ilk olaraq qeyd olunur ki, görüşün vacibliyini təsdiq edən digər fakt onun pandemiyanın geniş yayıldığı dövrdə tərəflərin fiziki iştirakı ilə bağlı idi.

Digər tərəfdən, tərəflərin mətbuat üçün açıqlamalarından bu nəticəyə gəlmək mümkündür ki, sözügedən görüş 10 noyabr razılaşmalarının məntiqli davamı idi.

Tərəflərin mətbuat üçün açıqlamalarını və liderlərin əhval-ruhiyyəsini nəzərə alaraq aydın müşahidə etmək olardı ki, Azərbaycan və Rusiya dövlətlərinin rəhbərləri üçtərəfli görüşdən daha məmnun görünürdülər.

Video təhlildə bunun birinci səbəbi olaraq 30 ildən artıq bir müddətdən sonra Azərbaycanın nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə quru əlaqəsinə sahib olması göstərilir.

İkinci səbəb isə Azərbaycanın geoiqtisadi rolunu daha da artırır.

Belə ki, Cənubi Qafqaz bölgəsində ixtisaslaşmış analitiklər və mütəxəssislər "Yuxarı Lars keçid məntəqəsi” ifadəsinin Ermənistan üçün nə demək olduğunu çox yaxşı bilirlər.

"Qeyd etmək lazımdır ki, Ermənistanın Rusiya ilə birbaşa quru əlaqəsi yoxdur. Beləliklə, 11 yanvar 2021-ci il tarixli müqavilələr həyata keçirildiyi təqdirdə Ermənistan və Rusiya dəmir yollarının Azərbaycan ərazisindən keçməsi ilə Bakı bölgədəki Azərbaycanın geoiqtisadi rolunu daha da artıran ciddi bir nəqliyyat və infrastruktur alətini əlinə keçirmiş olacaq”, - deyə video təhlildə vurğulanır.
 

OXŞAR XƏBƏRLƏR

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...

Rusiyada milçəkdən çörək bişirilməyə başlanıldı

Rusiyada milçəkdən çörək bişirilməyə başlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə “Skolkovo” İnnovasiya Mərkəzinin “Zen” pl...

Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"

Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəng...

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması ən aktual məsələlərdən biridir.   Bəs inkluziv təhsil nədir və necə qurulmalıdır?  ...

Prezident: "Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir"

Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hə...