Cahangir Hacıyevin Mərdəkandakı evi müsadirə olunur: MƏHKƏMƏ İCRAÇILARI QAPIDA...

Cahangir Hacıyevin Mərdəkandakı evi müsadirə olunur: MƏHKƏMƏ İCRAÇILARI QAPIDA...
 
Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin Mərdəkanda yerləşən evi əlindən alına bilər. 

Sfera.az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna onun bacısı Əminə Hacıyeva məlumat verib. Ə.Hacıyevanın bildirdiyinə görə, evin müsadirəsi barədə məhkəmə qərarı yoxdur. Çünki qanunlar şəxsin yeganə yaşayış yerinin müsadirəsini qadağan edir. Amma evə iki həftə öncə məhkəmə icraçıları gəliblər. Özlərini təqdim edib, evi qiymətləndirəcəklərini deyiblər. Lakin həmin vaxt evdə ailə üzvləri olmadığına görə gələnlər evə buraxılmayıb.

İyulun 11-də yenidən məhkəmə icraçıları və polislər gəlib: «Aralarında polislər də vardı. Təxminən bir saat dayanıblar. Getməyiblər. Hətta ətrafdakı qonşuları da gəzib, onlardan evdəki yaşayışla bağlı məlumat toplamağa çalışıblar».

Ə.Hacıyeva deyir ki, məhkəmə qərarı olmadığı halda, evin müsadirəsi, qiymətləndirilib hərraca çıxarılması qanunsuzdur.

Yasamal Rayon İcra Şöbəsinin təqdimatı əsasında Yasamal Rayon Məhkəməsi iyunun 25-də qərardad çıxararaq, C.Hacıyevin əmlakları üzərinə həbs qoyub. Vəkilləri həmin qərardaddan şikayət verib.

Ə.Hacıyeva deyir ki, ümumiyyətlə, mövcud olmayan əmlaklara da həbs qoyulması haqda qərar çıxarılıb: «Bu da o deməkdir ki, məhkəmə araşdırma aparmayıb, təqdimatı kor-koranə təmin edib. Xaricdə olan əmlaka da həbs qoyulub, amma araşdırılmayıb ki, onun Cahangir Hacıyevə aidiyyəti var, yoxsa yox».

OXŞAR XƏBƏRLƏR

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...