Cahangir Hacıyev məhkəmədə son söz dedi və...BƏRAƏT İSTƏDİ

Cahangir Hacıyev məhkəmədə son söz dedi və...BƏRAƏT İSTƏDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfər barəsindəki cinayət işi üzrə növbəti proses keçirilib.

Müttəhimlər kürsüsündə əyləşənlərin arasında sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, "Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan "İnterglass” ASC-nin rəhbəri Fariz Muradov da var.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və "Aqrokreditbank” tanınıb.

Prosesdə təqsirləndirilən Cahangir Hacıyev son söz deyib. Ona qarşı irəli sürülən ittihamlarla razılaşmayan C.Hacıyev 4 milyarddan artıq məbləğin mənimsənilmədiyini deyib. O, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Təqsirləndirilən Dünyamin Xəlilov da son sözlə çıxış edib. O, mənimsəmə və talama cinayətində iştirak etmədiyini, Beynəlxalq Bankdan götürülmüş kreditlərin xaricdəki layihələrə sərf olunduğunu bildirib. Sabiq deputat barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə yollanıb. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR