Cabir İmanov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Yalan xəbərlərə inanmayın”

Cabir İmanov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Yalan xəbərlərə inanmayın”
 Koronavirusa yoluxan və iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirən Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı Əməkdar artist Cabir İmanov paylaşım edib.

Sfera.az xəbər verir ki, aktyor insanları həmkarının səhhəti ilə bağlı bir çox KİV-də yayılan xəbərlərə inanmamağa çağırıb.

"Əziz izləyicilər! Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir "sayt”, "informasiya agentlikləri”, "məlumatçı bloqerlər”, operator "həkimlər”ə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən "adamlara” fikir verməyin. Təşəkkürlər!”, - deyə Cabir İmanov bildirib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Bakıda bir qrup insan Tovuzdakı döyüşə getmək üçün AKSİYA keçirtdi - VİDEO

   İyulun 12-si gecə saatlarında Lökbatanda bir qrup vətəndaş "Qarabağ" aksiyası keçirib.   Bir saatdan çox davam edən yürüşdə vətəndaşlar "Qa...

Lətif Qədirov belə saxlanıldı - ƏMƏLİYYAT VİDEOSU + SON DƏQİQƏ!

  Xəbər verdiyimiz kimi, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzi...

DTX XİN -də keçirilən əməliyyatın videosunu yaydı - SON DƏQİQƏ!

  Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində keçirilən əməliyyatın videosunu yayıb.  Sfera.az həmin videonu təqdim edir: ...

İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi - FOTO

  Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edilib. Baş Prokurorluğun ...

Bəhram Bağırzadədən xəbər var

 Bəhram Bağırzadənin vəziyyəti stabil ağır olaraq qalır. Sfera.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə müavini Bəxtiy...

Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı — SON XƏBƏR

 "Ötən gün və gecə ərzində əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib”.   Sfera.az xəbər verir ki, bunu ...