Üç rayonda güclü yanğın olub

Üç rayonda güclü yanğın olub

Bu gecə Azərbaycanın 3 rayonunda güclü yanğın olub.

Sfera.az FHN-ə istinadən xəbər verir ki, Qax rayonunun Suskənd kəndində ümumi sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağsu rayonunun Rəhimli kəndində həyətyanı sahəyə yığılan 10,5 ton ot bağlamasının 7,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunda ümumi sahəsi 45 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR