No Image
No Image

Üç ölkədən quş və quşçuluq məhsullarının idxalına qadağa

Üç ölkədən quş və quşçuluq məhsullarının idxalına qadağa
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Sfera.az xəbər verir ki, İsveç Krallığının Smaland (Smaland), İraq Respublikasının Səlahəddin (Salah ad-Din), Vyetnam Sosialist Respublikasının Sok Tranq (Soc Trang), Bak Lieu (Bac Lieu), Tiyen Gianq (Tien Giang) və Lonq An (Long An) inzibati ərazi vahidlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İsveç Krallığının Smaland, İraq Respublikasının Səlahəddin, Vyetnam Sosialist Respublikasının Sok Tranq, Bak Lieu, Tiyen Gianq və Lonq An inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveç Krallığından, İraq Respublikasından və Vyetnam Sosialist Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Karantin rejimi ilə bağlı Şahmar Mövsümovdan AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin re...

Bu gündən martın 1-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən martın 1-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Sfera.az-ın məlumatına görə, Nazirlər Kabineti yanı...

Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 61 e-xidməti fəaliyyət göstərir. Onlardan 34-ü proaktiv xidmətlərdir. Eyni zamanda, son iki ildə 30-dək e...

Hikmət Hacıyev prezidentin mətbuat konfransı haqqında danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Sfera.az xəbər verir ki, Azərbayc...

Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi

Nazirlər Kabineti "Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nda dəyişiklik edib. Sfera.az xəbər verir ki, qərara əsasən, ailə kəndli təsər...

Bütün intihar hadisələri nəzarətdədir - Baş prokuror

Baş prokuror Kamran Əliyev son vaxtlar ölkədə baş verən intihar hadisələrinə münasibət bildirib. Sfera.az xəbər verir ki, baş prokuror jurnalistlərə açıql...