No Image
No Image

Üç ölkə birləşir: "Xankəndidə antiterror əməliyyatı qaçılmazdır"

Üç ölkə birləşir:
Aprelin 14-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaar İrəvanda Qarabağdakı separatçıların "xarici işlər naziri” David Babayanla qeyri-rəsmi, qapalı görüş keçirib. Detallar bəlli deyil, amma bunun münaqişənin davam etməsi üçün atılan addım olduğu şübhəsizdir.
 
Bir gün sonra – aprelin 15-də Ankaraya gələn Yunanıstan xarici işlər Niko Dendias kameralar önündə Türkiyəyə hücum etdi. Yunan nazirin hücumunun iki hədəfi var:

1. Yunan ictimaiyyətinə "türklərə evində dərs verdiyini” göstərmək: canlı yayımda Çavuşoğlunun Nikonun dərsini necə verdiyini gördük;

2. Aİ-ni arxasına alaraq, Aralıq dənizində şərqində gərginliyi artırmaq.

Türkiyənin Liviya ilə anlaşmasından sonra Aralıq dənizinin şərqində qızışan Ankara-Afina qarşıdurması NATO-nun çağırışları ilə səngidi. Türkiyə dialoqa açıqdır, Yunanıstan isə məcburi gəlir. Yunan nazirin dialoq üçün gəldiyi Ankarada hücuma keçməsi də məhz dialoqu pozmaq, gərginliyi artırmaq məqsədi daşıyır. Çünki Türkiyənin Misirlə qurduğu təmaslar bölgədə arxasında Fransanın dayandığı yunan oyununu tamamilə pozur.

Toyvo Klaarın Babayanla görüşü ilə Dendiasın Aralıq dənizinin şərqində gərginliyi artırmağa hesablanan hücumu eyni pazlın hissələridir.

Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Bakı və Ankaranın Avropanın enerji təhlükəsizliyində rolu praktiki mərhələyə keçdi. Azərbaycanın Şərqi Aralıq məsələsində Türkiyənin yanında olması o bölgədə Ankaranın əlini gücləndirir. Prezident İlham Əliyev Qarabağ müharibəsindən öncə Bakıda Yunanıstan səfirinə dediyi "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” sözləri də təkcə Afinaya yox, Şərqi Aralıqda yunanları Ankaranın üzərinə göndərən Avropaya (daha çox Fransaya) mesaj idi. Bu mesajın açması belə idi: "Şərqi Aralıqda Türkiyənin maraqlarının təhlükə altına düşməsi və istənilən hərbi riskin yaranması Avropanın enerji təhlükəsizliyinin də təhlükə altına düşməsi deməkdir”.

Qarabağ müharibəsi, Türkiyənin Liviya ilə razılaşmasından sonra Misirlə danışıqlara başlaması Fransa-Yunanıstan-Ermənistan üçlüyünün prosesdə uduzan tərəfə çevrilməsi ilə nəticələndi. İndi bu üçlük yenidən hərəkətə keçir:

- Yunan-erməni lobbisi Türkiyənin "Türksat 5B” peykinin kosmosa göndərilməsinin qarşısını almaq üçün İlon Maska təzyiq edir;

- Fransanın Ermənistandakı səfirliyi Bakıda açılan Hərbi Qənimətlər Parkına görə Bakını ittiham edir;

- Aİ nümayəndəsi İrəvanda Babayanla, Azərbaycan ərazisindəki separatçı-terrorçularla görüşür.

Proses daha da gərginləşəcək. Avropadan Bakıya müxtəlif mövzularda, xüsusilə insan haqları üzərindən təzyiqlərin güclənəcəyi, Minsk Qrupunun Qarabağ məsələsi üzərindən təxribatları davam etdirəcəyi, paralel olaraq, Şərqi Aralıqda gərginliyin artacağı gözləniləndir. Bu kontekstdə ABŞ-ın Qara dənizə göndərməkdən vaz keçdiyi iki hərbi gəmisinin Aralıq dənizinə göndərməsi də təsadüfi deyil.

Azərbaycanın Xankəndidəki separatçı-terrorçuların neytrallaşdırılması istiqamətində addımları qaçılmazdır.  /Axar.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Zelenskinin yeni bəyanatı nəyə hesablanıb? – “Ukrayna Türkiyə ilə ittifaq halına gələcək...”

Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrinin Donbasdakı böhranın həlli istiqamətində hərəkətli olmağa çağırıb. Ölkə başçısı əks h...

Bakı ilə Moskva arasında iclas - Hansı məsələlər Rusiya Şurasında gündəmə gətirildi?

İyunun 16-da Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyas...

Şuşa bəyannaməsi: Sabit sülhə doğru - VİDEO

İyunun 15-də Azərbaycanın Şuşa şəhərində Cənubi Qafqazda sülh və sabitliyi uzun müddət möhkəmləndirməyə imkan verəcək bir hadisə baş verdi. "Caliber”in "Y...

Ərdoğan Cıdır düzündən foto paylaşdı: "Azadlığa qovuşan Qarabağ..."

"Azadlığa qovuşan Qarabağ, azadlığa qovuşan qədim şəhər Şuşa...” Sfera.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi feysbu...

“Şuşadan verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram”

"Azərbaycan xalqını Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bö...

Bayden-Zelenski görüşü regionda nələri dəyişəcək? - “Türkiyə üçün yeni vəzifələr müəyyənləşdiriləcək…”

"ABŞ Prezidenti Baydenin Zelenski ilə G7 və NATO tədbiri çərçivəsində deyil, Vaşinqtonda görüşməyi qərara alması Ukraynanın Amerika üçün heç də az əhəmiyyətli...