Üç gün ərzində 500 müraciətə cavab verilib
15:38 / 22.03.2020
2436
"Azəriqaz" İstehsalat Birliyi Novruz bayramındakı qeyri-iş günlərində tam iş günü rejimində fəaliyyətini davam etdirir.
Müraciətlərin çoxu itirilmiş və ya zədələnmiş smart kartların, koda düşmüş kartların və uğursuz əməliyyatların bərpası ilə bağlıdır. Bundan başqa 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqəli işlənilməklə vaxtında yerinə yetirilməsi üçün müraciətlər xidmət sahələri üzrə bölüşdürülür.
Onu da qeyd edək ki, müştəri xidmətləri Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri və Sumqayıt qaz istismar Sahəsində də həyata keçirilir.