BVF xəbərdarlıq etdi: Bahalaşma noyabr-dekabr aylarında pik həddə çatacaq

BVF xəbərdarlıq etdi: Bahalaşma noyabr-dekabr aylarında pik həddə çatacaq
Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, qlobal səviyyədə müşahidə edilən bahalaşma 2021-ci ilin sonuna kimi bir qədər də yüksələcək, 2022-ci ilin ortalarında isə pandemiya öncəki səviyyəyə qayıdacaq. 

Sfera.az bildirir ki, BVF-nin hazırladığı Dünyanın İqtisadi Mənzərəsi adlı hesabatda inflyasiya mövzusuna ayrıca yer ayrılıb. Hesabatda "İnflyasiya qorxudur” adlı başlıqda qiymət artımlarına dair təhlil verilib. 

BVF düşünür ki, dünyada qiymətlərin xeyli yüksəlməsi 2021-ci ildə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə tələbin güclənməsi, təklifin az olması və əmtəə qiymətlərinin sürətlə artması ilə bağlıdır. 

Beynəlxalq qurum proqnozlaşdırır ki, orta illik bahalaşma 2021-ci ilin noyabr-dekabrında ən yüksək həddinə çatacaq, sonrakı aylarda bahalaşma sürəti zəifləyəcək. Amma BVF pis ssenarinin olmasını da istisna etmir: 

"Təklifin tələbi ödəməməsi uzun müddət davam edərsə, əmtəə və daşınmaz əmlak qiymətlərində şoklar yaranarsa, uzunmüddətli xərclərdə və inflyasiya gözləntilərində sabitləşmə olmazsa, proqnozlaşdırılandan daha böyük bahalaşma baş verə bilər”. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR