BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib

BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib
Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi yaxşılaşdırıb.

Sfera.az xəbər verir ki, bunu BVF-nin bu gün açıqlanan dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair yanvar hesabatından görmək olar.

Fondun analitiklərinin fikrincə, bu il dünya ÜDM-nin artım tempi 5,5 % olacaq, oktyabr proqnozunda isə bu rəqəm 5,2 % təşkil edirdi. 2022-ci ildə BVF 4,2 %-lik artım gözləyir. Analitiklərin hesablamalarına görə, keçən il dünya iqtisadiyyatı 3,5 % azalıb. Halbuki payızda ekspertlər 2020-ci ilin sonuna qlobal ÜDM-in 4,4 % azalacağını gözləyirdilər.

"Bu, 2020-ci ilin ikinci yarısında bölgələr üzrə iqtisadiyyatın bərpasının daha sürətlə getdiyini göstərir. 2021-ci il üzrə proqnozun 0,3 faiz bəndi artması bir sıra böyük iqtisadiyyatlardakı əlavə dəstək tədbirlərini və vaksinasiya ilə əlaqədar bu il ərzində iqtisadi fəallığın güclənəcəyinə dair gözləntiləri əks etdirir.

Fond ekspertlərinin proqnozlarına görə, dünya ticarətinin həcmi bu il 8,1 %, 2022-ci ildə isə 6,3 % artacaq. Dövlət gəlirlərinin artması və iqtisadi fəallığın bərpası üzrə xərclərin azaldılması səbəbindən əksər ölkələrdə büdcə kəsirlərinin azalması gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.   Sfera.az-ın məlumatına görə, o, ap...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...