Bütün proqnozları düz çıxan ekstrasens koronavirusun bitəcəyi tarixi AÇIQLADI
12:12 / 25.11.2020
3786
Koronavirusun adını hələ heç kimin eşitmədiyi bir vaxtda bu virusun bütün dünyaya yayılacağını bilən öncəgörücü Nikolas Aujula bu dəfə COVİD-19-un bitmə tarixini açıqlayıb.
Sfera.az bildirir ki, bu barədə "Fanzine Official" adlı "Instagram” səhifəsində məlumat verilib.
Aujula peyvəndin tapıldığına dair şad xəbərlərin yayılmasına rəğmən koronavirus pandemiyasının 2022-ci ildə başa çatacağını açıqlayıb.
Qeyd edək ki, 34 yaşlı Aujulanın indiyə kimi demək olar ki, bütün proqnozları düz çıxıb. O, "Notre Dame" kilsəsinin yanacağını, Çindəki zəlzələləri və Trampın 2020-ci ildə seçkidə məğlubiyyətə uğrayacağını da bilib.
Aysel
Sfera.az