Bütün gecəni dayısı ilə nələrdən danışıb? – ƏLƏKBƏR YASAMALLININ BACISI OĞLUNUN İNTİHAR TƏFƏRRÜATI

Bütün gecəni dayısı ilə nələrdən danışıb? – ƏLƏKBƏR YASAMALLININ BACISI OĞLUNUN İNTİHAR TƏFƏRRÜATI
 

Bilindiyi kimi tanınmış meyxanaçı Ələkbər Yasamallının 20 yaşlı bacısı oğlu Şamxal intihar edib. 

Sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Şamxal itihardan əvvəlki gün dayısı ilə gecə saatlarına kimi söhbət edib.  

Söhbət zamanı o, Ələkbərə heç bir şey deməyib.  

Şamxal daha sonra hamının evdən getdiyinə əmin olduqdan sonra özünü asaraq intihar edib.  

Mərhumun hansı səbəbdən intihara əl ətması bəlli deyil. Hazırda hadisə ilə bağlı istintaq gedir. 

Gəncin ailəsi baş vermiş hadisədən dərin sarsıntı keçirib. Ələkbər Yasamallının bir çox sənət yoldaşı və meyxanaçılar söz ustadının evinə gələrək ona başsağlığı veriblər.  

Ələkbər Yasamallının bacısı oğlu Şamxalla birgə fotosunu ilk olaraq Xəbərçi.Az "Instagram” səhifəsi yayımlayıb. 


OXŞAR XƏBƏRLƏR