“Bütün bunlar o deməkdir ki, Azərbaycan şər üçbucağına qarşıdır” - Partiya sədri

“Bütün bunlar o deməkdir ki, Azərbaycan şər üçbucağına qarşıdır” - Partiya sədri
"Bu addım o deməkdir ki, Ağ Ev Azərbaycanın önəmini anlayır”.

Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ Prezidenti Co Baydenin Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verməsinin ölkəmizə hansı divident və üstünlüklər gətirəcəyini şərh edərkən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib:

"Növbəti dəfə Vaşinqtonun Azərbaycana yardımlara qadağa qoyan məlum "907-ci düşəliş”i bir illiyə qüvvədən salması və yardımları davam etdirməsi o deməkdir ki, Azərbaycana münasibətdə sabit xətt var.  Onlar Azərbaycanı tərəfdaş səviyyəsində əməkdaşlıq edəcək ciddi faktor kimi qəbul edir, ölkəmizin önəmini anlayırlar. Doğrudur, düzəliş tamamilə ləğv olunmayıb. Nadir hallarda Amerika parlamenti tərəfindən verilən qərarlar ləğv olunur. Hər halda qüvvədən düşmə müddətinin növbəti dəfə uzadılması da  onun ləğv etmək anlamına gətirilə bilər”.
 
Partiya sədrinə görə, ABŞ-ın bu qərarı hər şeydən əvvəl Azərbaycanın bölgədə ciddi qüvvəyə çevrilməsilə bağlıdır: "Digər tərəfdən, postmüharibə dövründə ölkəmizin meqalayihələr üçün əhəmiyyəti daha da artıb. Məlum Zəngəzur dəhlizini misal göstərə bilərik.  ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan Prezidentilə danışanda cənub qaz dəhlizinin əhəmiyyətini, Əfqanıstandakı terrorla mübarizədə ölkəmizin oynadığı rolu vurğuladı.  Bu mənada Baydenin ölkəmizə hərbi yardım göstərməyə icazə verməsi də Azərbaycanın önəmli rola malik olduğuna işarədir.  Vaşinqton tərəfindən atılan belə addımlar Ermənistanda soyuq duş effekti yaradıb.  Bütün bunlar o deməkdir ki, Azərbaycan ABŞ-ın gətirmək istədiyi yeni dünya düzəni quran tərəfdədir, şər üçbucağına qarşıdır. Ermənistan isə tamam fərqli müstəvidədir”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...