Bütün borclular unikal şans əldə edib, bankların vaxtı çox azdır - Ekspertdən çağırış

Bütün borclular unikal şans əldə edib, bankların vaxtı çox azdır - Ekspertdən çağırış

"Borclular borclu olduqları bankların bağlanmasına sevinir. Digər bankların borcluları isə "sağ əliniz bizim başımıza" deyir". 

"Qaynarinfo.Az" xəbər verir ki, bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov bildirib ki ,ilk baxışdan bankın bağlanması ona borcu olanın vəziyyətini dəyişmir: "Borc olduğu kimi qalır və ödənilməlidir. Lakin reallıqda bankların bağlanması borclulara sərf edir və söhbət yalnız məsələnin mənəvi və psixoloji ("Əcəb oldu!", "Sizə bu da azdır!", "Allah bəlanızı verdi!" və s. və i.a.) tərəfindən getmir". 

Niyə?

1. Əvvəla, ona görə ki, bağlanmayan banklar belə problemli kreditləri qaytarmaqda xeyli çətinlik çəkir, çünki çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini aparmaq üçün resursları yoxdur. Bankın ləğvedicisinin resursu isə daha da azdır, kredit başqa banka ötürüldüyü halda isə həmin bankın işi artmış olacaq. Ümumiyyətlə, problemli kreditlərlə yeni şəxslər məşğul olmağa başlayanda xeyli vaxt itkisi və digər texniki problemlər yaranır, bəzən hətta bütün sənədləri də tapıb məhkəməyə təqdim edə bilmirlər.

2. Digər tərəfdən, ləğvedici Əmanətlərin Sığortalanması Fondudur. Fondun pulu yoxdur və bağlanmış bankların əmanətlərini qaytarmaq üçün Mərkəzi Bankdan kredit götürmək zorundadır. Həmin krediti tez qaytarmaq üçün bağlanmış bankların kreditlərini qısa müddət ərzində geri qaytarmaq istəyir. Bu isə borclulara Fondla alver etmək imkanı, yəni ciddi güzəştlər tələb etmək şansı verir, yəni: "Güzəşt et, krediti tez qaytarım, əks halda məhkəmədə görüşərik!"

3. Nəhayət, bankların bağlanması digər bankları da vadar edir ki, borclularla dil tapmağa, ciddi güzəştlər edib kreditləri tez qaytarmağa çalışsınlar ki, əmanət və digər öhdəliklərini icra edə bilsinlər və onları da bağlamasınlar. Çünki bundan sonra əmanətlərin çıxarılması prosesi daha da güclənəcək.

Ekspertin fikrincə, bütün borclular unikal şans əldə edib:"Bankların vaxtı çox azdır, buna görə də güzəştlərə getməyə məcburdular. Banklardan ciddi güzəştlər tələb edin, əks halda onlara məhkəmə proseslərindən çəkinmədiyinizi bildirin və bağlanmış bankların aqibətini xatırladın!".


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...