Bütün ağrı, yara və sızlamadan canınızı qurtaracaq - 50 qəpiklik RESEPT

Bütün ağrı, yara və sızlamadan canınızı qurtaracaq - 50 qəpiklik RESEPT
Atam mənə mesaj göndərdi. Yazıb ki, Allah bəlanı versin"


Bunu Azvision.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur deyib. Atası ilə bağlı yazdığı qalmaqallı statusla gündəm olan Selcan əməkdaşımızla söhbətində bəzi məqamlara aydınlıq gətirib.


- Atanız deyirdi ki,sizin profiliniz oğurlanıb? 


- Bu, yalandır. Mənim profilim oğurlanmayıb. 


- Bəs, yazdıqlarınız həqiqətdir? 


- Bəli, yazılanlar həqiqətdir. Onların hamısını şəxsən özüm yazmışam. 


- Sonra iddia etdilər ki, sizə təzyiqlər olub. Bu barədə nə deyə bilərsiniz? 


- Mən Hollandiyadayam. Hakimiyyət məni burada heç nəyə məcbur etməyib. Mən həmin statusu öz iradəmlə yazmışam. Bu mövzu barədə danışmaq mənə çox çətindir. Bu dəqiqə mənə saysız-hesabsız mesajlar yazırlar. Həmin statusu yazıb, dəfələrlə silmişəm. Çox çətin idi. Mən deyilə biləcək hər şeyi demişəm, başqa nə isə demək istəməzdim. 


- Bu məsələdən sonra atanız sizinlə əlaqə saxladımı? 


- Mənə mesaj atdı. Yazıb ki, Allah bəlanı versin...


- İndiki məqamda belə məlumatı paylaşmağınız nə ilə əlaqədardır? Necə oldu ki, buna qərar verdiniz? 


- Mənə deyirlər ki, sən Hollandiyaya getdin, orada yazdın. Əlbəttə, mən qorxurdum və özümü güvənə almalıyam. 


- Yəqin ki, xəbəriniz var, AXCP üzvləri sizi sərt tənqid edirlər. Xoşagəlməz fikirlər səsləndirənlər də az deyil. 


- Onlar üçün tapşırıq alıb, eyni şeyi yazmaq nadir hadisə deyil. Ola bilər, bunu da eləsinlər. Mən artıq dediyimi dedim. Bu, şəxsi məsələm deyildi, sosial məsələ idi. Düşünürəm ki, sosial məsələnin aydınlaşması lazım idi. 


Xatırladaq ki, Selcan Yağmur "Facebook" səhifəsində atası barədə sensasion məlumatlar yayıb. Anası və özünün fiziki zorakılığa məruz qaldığını deyən gənc qız bu səbəbdən atasından imtina etdiyini bildirib.


Yaşayan xoşagəlməz hadisələrlə əlaqədar F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Belə ki, qəhrəmanlı Zümrüd İsrafil qızı cari ilin avqustun 1-də nigahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

OXŞAR XƏBƏRLƏR