“BUTA” İctimai Birliyindən örnək addım - FOTOLAR
12:20 / 25.05.2020
1926
Müqəddəs Ramazan bayramında qayğı və yardıma ehtiyacı olanlara dəstək tədbirləri keçirilir.
Sfera.azxəbər verir ki, belə aksiyalardan biri də "BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalının təşəbbüsü ilə reallaşdırılıb.
Məlumata görə, adıçəkilən İctimai Birlik Tərtər və Bərdə rayonlarında yaşayan bir neçə aztəminatlı ailələlərə Ramazan bayramı münasibəti ilə sovqat aparmış, onların bayram sevincinə şərik olmuşdur.