Buster doza \"Omicron\"dan müdafiə edəcəkmi? - AÇIQLAMA

Buster doza \
Məlumdur ki, ölkədə fevralın 15-dən ikinci dozadan 6 ay sonra üçüncü doza vaksin vurulmalıdır. Son zamanlar isə, Azərbaycanda buster doza qəbuluna gələnlərin sayında artım müşahidə olunur.
 
Maraqlıdır, buster doza kütləvi immunitetin qazanılma prosesini sürətləndirə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli qeyd edib ki, buster dozalarda iştirakın sayının artması hansı səbəbdən olur-olsun sevindiricidir:
"Bu onu göstərir ki, insanlarımız vaksinasiyanın faydasını görüb dərk edir, immunitetin gücünü və müddətini uzatmaq üçün buster dozalardan istifadə edir. Burada əhali arasında aparılan maarifləndirmə işlərinin də əhəmiyyəti var. Bildiyimiz kimi, xüsusilə son dövrlərdə geniş yayılmaqda olan "Omicron” variantı buster dozaların əhəmiyyətini daha da artırıb”.

Müsahibimiz bildirib ki, 2 doza vaksinasiya bu varianta qarşı kafi immuniteti yaratmaq gücündə deyil:

"Nəticə olaraq, buster dozalarda iştirakın artması bizə bütün variantlara qarşı kütləvi immunitetin formalaşmasında imkan verir. Hazırda koronavirusa qarşı kütləvi immunitetin vəziyyəti isə 1 il öncə ilə müqayisədə daha yaxşıdır. Burada həm vaksinasiya, həm də demək olar ki, hər evdə keçirilmiş xəstəlik hallarının olması rol oynayır”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR