No Image

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO

Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.

Burun tənəffüsünün çətinləşməsi həkim-otorinolorinqoloqa müraciətlərin ən əsas səbəbidir. Bu hal uşaq yaşlarında həyat keyfiyyətinə, təhsilə, körpə yaşlarında isə ümumi inkişafa təsir edir. Yuxarı tənəffüs yollarının müxtəlif anomaliyaları, vaxtında aşkar və müalicə olunmayan xəstəliklər (adenoidlər, sinusitlər, rinitlər, burun çəpərinin əyrilikləri və s.), həmçinin digər qrup səbəblər burunun selikli qişasının çətin müalicə olunan və ya müalicə olunmayan patoloji dəyişikliklərinə, normal burun tənəffüsünün pozulmasına səbəb ola bilir.

Burun tənəffüsünün çətinləşməsinin əsas simptomları. Belə insanlar adətən ağzı açıq yatırlar, onların yuxuları narahat olur, tez-tez ayılırlar və adətən xoruldayırlar. Onlar daima yuxusuzluqdan şikayət edir və buna görə də həmişə halsız və apatik görünürlər. Bu səbəbdən məktəblilər və tələbələrin dərsə davamiyyəti aşağı düşür, yaddaş və diqqət pozğunluğu baş verir. Böyük insanlarda isə iş qabiliyyəti aşağı düşür, onlar əsəbi olurlar.

Buruna daxil olan hava təmizlənir, nəmlənir, isinir. Ağızla tənəffüs zamanı ağciyərlərə təmizlənməmiş, quru və soyuq hava daxil olur ki, bu da ağciyərlər və bronxların xəstəliklərinə səbəb olur. Belə pasiyentlər baş beyinə qan və limfa axınının çətinləşməsi nəticəsi olaraq daima baş ağrılarından şikayətlənirlər. Bu hallar burun boşluğunun durğunluq əlamətləri kimi izah olunur. Beləliklə, burun tənəffüsünün pozulması əksini yalnız tənəffüs orqanlarında tapmır, həmçinin bütün orqanizmdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilir.

Burun tənəffüsünün çətinləşməsinin müalicəsində əsas yanaşma - eliminasiyon terapiyadır. Eliminasiyon terapiyanın əsas məqsədi burun boşluğunun izotonik məhlullarla yuyulması zamanı seliyin, allergenlərin, virus və bakteriyaların xaric olmasına əsaslanır ki, bu da öz növbəsində zökəmdən xilas olmağa kömək edir. Ev şəraitində virus mənşəli zökəmlə əsas mübarizə yolu burun boşluğunu duzlu məhlullar ilə yumaqdır. İzotonik məhlullar əsasında olan preparatlarla aparılan tədqiqatlar zamanı sübut olunmuşdur ki, onlar yalnız virus və bakteriya tərkibli seliyi xaric etmir, həmçinin rinitin müalicəsinə də kömək edir. Müəyyən olunmuşdur ki, izotonik məhlullar kirpikli epitelinin işini gücləndirir və aktivləşdirir, virus mənşəli zökəmi törədən selik və mikroorqanizmlərin burun boşluğundan xaric olmasını yaxşılaşdırır və xəstəlik törədən bakteriyaların artıb çoxalmasının qarşısını alır. Həmçinin lizosimin antibakterial agentinin sintezi, interferonun müdafiə zülalını və immun zülallarını hasil edərək yerli immuniteti yüksəldir. Bununla da zökəmin təkrar əmələgəlməsinin qarşısı alınır. (milli.az)

OXŞAR XƏBƏRLƏR

Yaddaşı gücləndirən məhsullar məlum olub

 Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar. Sfera.az bildirir ki, brokkoli, pomidor, balqabaq tumu, yunan qozu...

Azərbaycanda koronavirusa ən çox və ən az yoluxma olan bölgə...

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı...

Sinir sistemini gücləndirən MƏHSUL

 "Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir". Sfera.az bildirir ki, bunu Seçenov Universitetin...

Xərçəngin birinci, əsas səbəbi: NİYƏ ONU GİZLƏDİRLƏR!

 Hər il xərçəng xəstəliyinə tutulanların sayının getdikcə artdığı bir dövrdə alimlər onun müalicəsi ilə yanaşı, yaranma səbəbinin müəyyən edilməsi üzərində...

Koronavirusu yüngül keçirtdiyimizi necə anlaya bilərik? – əlamətləri

Bütün dünyada koronavirusla mübarizə davam edərkən, ölüm sayı durmadan artmaqdadır. Digər tərəfdən də koronavirusa yoluxan, lakin bundan xəbəri olmayan şəxsləri...

Peyvəndlərin aparılması bərpa edilib

 Uşaqların peyvəndlənməsi bərpa edilib.   Sfera.az xəbər verir ki, peyvəndlərin aparılması hər zaman olduğu kimi milli peyvənd təqviminə uyğun həya...