\"Burnunuz axırsa, sizdə koronavirus yoxdur\" - Uhanlı həkimlərdən MARAQLI DİAQNOZ

\

Uhanda işləyən həkimlərin adından maraqlı məsləhətlər yayılıb. Həmin məsləhətlər virusla bağlı yayılan məlumatlarla üst-üstə düşür.

Adi soyuqdəymə və koronovirus arasında fərqli müəyyən etməyin ən sadə üsulu:

Soyuqdəymə zamanı burun axması və bəlğəm varsa, Koronavirus infeksiyasının daşıyıcısı ola bilməzsiz. Koronavirus pnevmoniyadır - soyuqdəymədən yaranan quru öskürəkdir.

Koronavirus istiyədavamlı deyil, 26-27 dərəcə temperaturda ölür. Buna görə çoxlu isti maye qəbul etməniz məsləhətdir. Tez-tez və uzunmüddətli günəş altında qalın (yaz yaxınlaşır). Bununla yanaşı, unutmayın ki, isti mayelər müalicə deyil, profilaktik tədbirdir, bütün viruslara qarşı təsirlidir.

Koronavirusla əlaqədar həkim tövsiyələri:

1. Virus olduqca böyük ölçüdədir (hüceyrənin diametri təxminən 400-500 nm). Buna görə də adi tibbi maskalar prinsipcə kömək edə bilər. Virusa yoluxmuş insan asqırdıqda belə, aranızda məsafə 3m-dən az deyilsə, virusun sizə çatması ehtimalı çox azdır (Bu Bakı küləyinə aid deyil).

2. Virus metal səthində ən az 12 saat sağ qala bilər. Metal səthlə təmasda olsanız, əllərinizi sabunla yaxşıca yuyun.

3. Virus pal-paltar üzərində 6-12 saat aktiv qala bilər. Adi yuyucu tox virusu öldürə bilir. Virusu öldürmək üçün qış paltarlarını günəşdə qurumağa qoymaq kifayətdir.

Xəstəliyin simptomları:

1. Virus boğaza nüfuz etdikdən sonra boğazda quruluq meydana çıxır, anginanın simptomu ilə oxşar. Bu faza 3-4 gün davam edir.

2. Daha sonra virus burun mayesinə, ardınca isə traxeyalara, daha sonra da ağciyərlərə müdaxilə edir, sətəlcəm yaradır. Bu proses 5-6 gün davam edir.

3. Koronovirus pnevmoniyası zamanı yüksək temperatur və nəfəs almada problemlər meydana çıxır. Burun tutulması normal burun tutulması kimi olmur, suda boğulduğunuz kimi bir hiss yaranır. Bu vəziyyətdə dərhal həkimə müraciət etmək lazımdır.

Profilaktik tədbirlər:

1. Virus əksər hallarda insan-insan təması zamanı keçir. Əllərinizi sabunla tez-tez yumanız tövsiyə olunur. Virus insan əlində cəmi 5-10 dəqiqə yaşaya bilər. Bu 5-10 dəqiqədə gözlərinizi əllərinizlə ovuşdura və ya burnunuza toxundura bilərsiniz; bu isə virusun sizə keçməsinə şərait yara bilər.

2. Əli tez-tez yumaqla yanaşı, mikrob hələ boğazda ikən təsirini aradan qaldırmaq və ya minimuma endirmək üçün "Betadin" adlı preparatdan istifadə etmək olar: qarqara etmək (bu virus ağciyərə düşənə kimi təsirlidir. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR