Burkina-Fasoda hərbi çevriliş oldu, prezident istefa verdi

Burkina-Fasoda hərbi çevriliş oldu, prezident istefa verdi
Xəbər verdiyimiz kimi, Burkina-Fasoda hərbi çevriliş olub və bir qrup hərbçi hakimiyyəti ələ keçirib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup əsgər dövlət televiziyasında çevriliş bəyanatı oxuyub. Bəyanatı özlərini "Azadlıq və Bərpa Uğrunda Vətənpərvər Hərəkat” (MPSR) adlandıran qrup adından kapitan Kader Uedraoqo oxuyub. O bildirib ki, prezident Roş Mark Kristian Kaborenin hakimiyyəti devrilib və polkovnik-leytenant Pol-Henri Sandaoqo Damiba MPSR-nin lideridir.

Ölkənin hava və quru sərhədləri növbəti xəbərdarlığa qədər bağlanıb.

Sözçü konstitusiyanın dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, hava və quru sərhədlərinin gecə yarısından növbəti xəbərdarlığa qədər bağlanılacağını, saat 21.00-dan səhər saat 05.00-a qədər komendant saatı elan edildiyini bildirib.

"Röyters" xəbər verir ki, Burkina-Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib. Onun jandarm qüvvələrinin himayəsində olduğu iddia edilir. Şahidlərin mətbuata verdiyi məlumata görə, bazar günü axşam prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.

Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr məlumat yayıb. 

OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...