Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri

Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, yəni bir növ "ailə bələdiyyəsinə” çevrilə bilər.

Məlumatda üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlərinə namizəd kimi Rafael Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumunun qeydə alındığı göstərilib.

Məsələ ilə bağlı bələdiyyə sədri ilə əlaqə saxladıq. Rafael Cəfərov açıqlamasında namizədliyini irəli sürənlərin hamısının qohumu olduğunu inkar edib:

"Namizədliyini irəli sürənlərin yarısı başqa-başqa insanlardlr. Sadəcə soyadları mənimki ilə eynidir. Düzdür, mənim ailəmdən də namizəd olanlar var. Nə olsun? Burda nə var ki? Bu qanunidir, biz heç bir qanunu pozmamışıq. Sadəcə olaraq namizədliyini verib, seçilməyib ki...

65 nəfər namizədin içərisində 4-5 nəfər bizim ailədən var. Namizəd olamaqda nə problem var axı? Sosial şəbəkələrdə yayılan siyahıda olanların yarısı heç bizim qohum deyil. Soyadları Cəfərovdur, yalandan yazırlar. Kiminsə soyadı Cəfərovdur deyə, o mənim qohumum olmalıdır?

Heç ordakı adamlarla əlaqəmiz yoxdur. Təsadüfi adamlardır, laborantdır, müəllimdir, heç tanımıram. Onlar arasında 4 nəfər bizim adam var, onlar da mənim qardaşlarımdır. Tanınmış adamlardırlar və 65 nəfər arasında namizədliklərini irəli sürüblər. Onların da seçilib-seçilməyəcəyi hələ sual altındadır. Kimə etimad göstərilir, kimə göstərilmir, bunu seçkilər göstərəcək. Kimsə mərdimazarlıq edir, kimsə qanunları bilmədən yazır, kimsə siyahıdakı adamları tanımadan yazır… Burada qeyri-qanuni və qəbahətli heç bir şey yoxdur”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
 
yenisabah.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...