“Bunu Ərdoğandan Zelenski xahiş edib” – Ankara görüşü müharibəni dayandıra bilər

“Bunu Ərdoğandan Zelenski xahiş edib” –  Ankara görüşü müharibəni dayandıra bilər
"Ukraynanın şərqində baş verən hadisələr və Kiyev-Moskva gərginliyi hər keçən gün bir qədər da artır. Təəssüf ki, nə Kreml, nə də Vaşinqton qəti mövqelərindən geri addım atmır. Bir qığılcım regionda dəhşətli müharibəni başlada bilər”.
 
Bu sözləri Sfera.az-a politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentlərini Türkiyəyə dəvət etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti anlayır ki, proseslər ölkəsinin daxili işi olmaqdan çoxdan çıxıb:

"Mövcud vəziyyətdən ən çox narahat olan tərəf məhz rəsmi Kiyevdir. Ukrayna anlayır ki, ehtimal edilən müharibə reallaşarsa, bu, ölkəni Qərb və Rusiya arasında döyüş poliqonuna çevirəcək. Yəni Ukrayna bütün hallarda bu gərginlikdən zərərlə çıxacaq. Hesab edirəm ki, bu və digər səbəblərə görə də Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Vladimir Putinlə görüş təşkil etməsini istəyib. Yəni bu dəvət əslində rəsmi Kiyevin Ankaradan xahişi ilə baş tutub”.

Politoloqun sözlərinə görə, Ankara, Kreml və Kiyevi uzlaşdıra bilər:

"Prinsip etibarilə bu mümkündür. Ankara da şimal sərhədlərində artan gərginliyin nə ilə nəticələnəcəyini və bütövlükdə region ölkələrinə zərər verəcəyini anlayır. Bundan başqa Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə müsbət əlaqələri var. Nəzərə alsaq ki, həm Vaşinqton, həm də Qərb Kremlə qarşı Ukraynanı dəstəkləyir, Ankaranın tərəflər arasında vasitəçi olması daha məqbuldur. Bu məsələdə Türkiyənin konstruktiv yanaşma sərgiləyəcəyini və tərəflər arasında gərginliyin azalmasına töhfə verəcəyini düşünürəm”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...